Əsas məzmuna keç

Nazir: Nüfuzlu nəşrlərdə dərc edilmiş elmi məqalələrin sayı ötən illərə nisbətən 2 dəfə artıb

Nazir: Nüfuzlu nəşrlərdə dərc edilmiş elmi məqalələrin sayı ötən illərə nisbətən 2 dəfə artıb

2024-cü ildə alimlərimiz tərəfindən nüfuzlu elmi nəşrlərdə dərc edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu elm və təhsil naziri hesabında paylaşıb.

"Məqalələrin 61 faizi Q1 və Q2 kvartilli jurnallarda dərc olunub, üçdə ikisi isə çərçivəsində yazılıb.

Bu rekord nəticə gələcək illərdə həm müəssisələrimizin beynəlxalq reytinqlərdəki mövqeyinin yüksəlməsinə, həm də digər qlobal hesabatlarda ölkəmizə aid göstəricilərin yaxşılaşmasına təsir edəcək", - paylaşımda qeyd olunub.

Nazir bildirib ki, məlumatlar dünyanın aparıcı iki elmi nəşrlər bazasından biri olan “Scopus”dan götürülüb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…