Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar növbəti səfəri çərçivəsində İmişli rayonunda şəhid ailəsini yeni tikilmiş mənzillərində ziyarət edib.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, nazir şəhid Kərimov Ramin Əli oğlunun ailə üzvləri ilə görüşərək onların şəhidlə bağlı xatirələrini dinləyib.
Rəşad Nəbiyev şəhid ailəsinin qayğıları ilə maraqlanıb.