Operativ Məlumat Mərkəzi

"Naxçıvan" qələbə qazanıb

1 dəq
Paylaş:
"Naxçıvan" qələbə qazanıb
A qrupunda baş tutan matçda Murat Dikmenin rəhbərlik etdiyi kollektiv "Abşeron"u 102:82 hesabı ilə üstələyib. Qarşılaşma Bakı İdman Sarayında keçirilib....

Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyununda "Naxçıvan" qələbə qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, A qrupunda baş tutan matçda Murat Dikmenin rəhbərlik etdiyi kollektiv "Abşeron"u 102:82 hesabı ilə üstələyib.

Qarşılaşma Bakı İdman Sarayında keçirilib.

Qeyd edək ki, B qrupunun təxirə salınmış matçları sabah reallaşacaq. "Şəki" - "Gəncə" görüşü saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində start götürəcək. "Sumqayıt" - "Quba" qarşılaşması isə saat 19:00-da Sumqayıt Olimpiya İdman kompleksində başlayacaq. Oyunlar dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər