Əsas məzmuna keç

Narkotikin təsiri altında olan sürücü həbs edildi - VİDEO

Narkotikin təsiri altında olan sürücü həbs edildi - VİDEO

bu haqda DİN məlumat yayıb. Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Volkwagen” markalı,...

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında hərəkətləri edən sürücü həbs edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən qaydasını pozduğu üçün “Volkwagen” markalı, 77-DD-459 dövlət qeydiyyat nişanlı vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan sürücü Ramil Xamadyarov saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Xamadyarovun qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Xamadyarovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…