Əsas məzmuna keç

MSK Cəbrayıl-Qubadlı seçki dairəsindən daxil olan müraciəti araşdırıb

MSK Cəbrayıl-Qubadlı seçki dairəsindən daxil olan müraciəti araşdırıb

120 Cəbrayıl-Qubadlı dairəsindən MSK-ya daxil olan müraciət araşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK-nın və qrupunun üzvü Fuad Orucovun təqdimatına əsasən, quruma müraciət edən alınmış namizəd dairənin 4 seçki məntəqəsinin formalaşdırilmasi zamanı qanun pozuntularına yol verildiyini, seçki məntəqələrinin artırılması ilə bağlı namizədə məlumat verilmədiyini iddia edib:

"Araşdırma zamanı müəyyən edilib ki, 81-82 saylı məntəqələr rayonu ərazisində yaradılıb və bu barədə məlumat lövhələrində qeyd yerləşdirilib. 83 və 84 saylı seçki məntəqələri isə müvəqqəti seçki məntəqələri olduğundan Təqvim planında nəzərdə tutulmuş vaxtda təşkil edilib. Beləliklə, namizədin şikayəti əsassız hesab edildiyindən təmin olunmayıb".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…