Əsas məzmuna keç

Monteneqroda silahlı insidentdə 7 nəfər ölüb

Monteneqroda silahlı insidentdə 7 nəfər ölüb

bu barədə ölkənin RTCG telekanalı bildirib. “Bu gün Setinyedə ictimai iaşə müəssisələrindən birində bir neçə nəfərin ölümü ilə nəticələnən silahlı...

Monteneqronun şəhərində kafelərin birində baş silahlı insidentdə yeddi nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin RTCG telekanalı bildirib.

“Bu gün Setinyedə ictimai iaşə müəssisələrindən birində bir neçə nəfərin ilə nəticələnən silahlı insident baş verib. Silahlı hücum edən hadisə yerindən qaçıb. İdarəsi vətəndaşları sakitliyə çağırır və evlərini tərk etməməyə çağırır. RTCG-nin məlumatına görə, ölənlərin sayı azı yeddi nəfərdir, bir nəfər yaralanıb”, – deyə “hücum edənin iki yetkinlik yaşına şəxsi öldürdüyü” dəqiqləşdirilməklə məlumatda qeyd olunub.

Yerli polis idarəsinin məlumatına görə, 45 yaşlı kişi “odlu silahdan istifadə edərək bir neçə nəfəri öldürüb, silahlı şəkildə müəssisəni tərk edib və hadisə yerindən qaçıb”.

“İctimaiyyətə bildiririk ki, bu tək hadisədir və mütəşəkkil cinayətkar qrupların qarşıdurması ilə bağlı deyil. Böhranlı vəziyyətin tənzimlənməsi üçün əraziyə xüsusi polis bölmələri göndərilib”, – hüquq-mühafizə orqanının bəyanatında deyilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…