Əsas məzmuna keç

Misir Prezidenti Azərbaycanda qarşılanma mərasimi olub

Misir Prezidenti Azərbaycanda qarşılanma mərasimi olub

hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Misir Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev...

Azərbaycana səfərə gələn Misir Prezidenti Əs-Sisinin yanvarın 28-də rəsmi qarşılanma mərasimi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Misir Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İlham Əliyev Misir Prezidenti Əbdülfəttah Əs-Sisini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Misir Prezidentinə raport verib.

Əbdülfəttah Əs-Sisi əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Əbdülfəttah Əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Misir və Azərbaycan Dövlət himnləri səsləndirilib.

Azərbaycan Misir Prezidentinə, Misir nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…