Əsas məzmuna keç

Mingəçevir Dövlət Universitetinə rektor əvəzi təyin olunub

Mingəçevir Dövlət Universitetinə rektor əvəzi təyin olunub

Üzeyir oğlu Zeynalov Mingəçevir Dövlət Universitetinə (MDU) əvəzi təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub. Əmrə əsasən, Üzeyir Ələmşah oğlu Zeynalov MDU-nun tədris məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib. Nazirin digər əmrinə əsasən, Ü.Zeynalov MDU rektorunun vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub.

Elm və üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Ü.Zeynalovu MDU-nun akademik-inzibati heyət üzvlərinə təqdim edib.

Qeyd edək ki, İlham Əliyevin Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin bundan əvvəlki rektoru Şahin Vaqif oğlu Bayramov vəzifəsindən azad edilərək Universitetinin rektoru təyin olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…