Əsas məzmuna keç

Milli Məclis “e-mühasibat” informasiya sisteminin yaradılmasını son oxunuşda qəbul edib

Milli Məclis “e-mühasibat” informasiya sisteminin yaradılmasını son oxunuşda qəbul edib

bununla bağlı “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə edilib. Qanun...

“e-mühasibat” informasiya sisteminin yaradılmasını son oxunuşda qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı “ uçotu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə edilib.

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir:

- Qanunun tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “ imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini;

- mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunda nəzərdə tutulan standartların dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılıb, üçüncü oxunuşda qəbul edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…