Əsas məzmuna keç

Meksika parlamentində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib

Meksika parlamentində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib

Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan Dostluq qrupunun Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə...

Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan Dostluq qrupunun Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə xüsusi iclası keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Dostluq qrupunun sədri deputat Alberto Viyya Viyeqas, qrupun digər üzvləri, Türkiyənin Meksikadakı səfiri İlhan Kemal Tuğ, Meksika-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri və üzvləri, habelə yerli KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbov qonaqlara Ümummilli Liderin Sovet İttifaqı dövründə və müstəqillik illərində Azərbaycanın dövlətçiliyi və xalqın tərəqqisi istiqamətindəki müstəsna xidmətləri haqda məlumat verib, məhz Ulu Öndərin Azərbaycanı xaos və dərin böhrandan çıxardığını, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirdiyini bildirib.

O, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolundan bəhs edib, onun təşəbbüsü ilə reallaşan dünya miqyaslı iqtisadi layihələri nəticəsində iqtisadiyyatının böhrandan qurtulduğunu, ölkədə yoxsulluq səviyyəsinin kəskin şəkildə azaldığını bildirib. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Cənub Qaz Dəhlizi kimi dünya miqyaslı layihələri sayəsində bu gün Avrasiyanın enerji və xəritələrinin tamamilə dəyişdiyini, bu sahələrdə qitə miqyasında yeni reallıq yaratdığını, Heydər Əliyevin siyasi kursunu davam etdirən İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünyada nüfuzunun gündən-günə artdığını, otuz illik həsrətə son qoyularaq torpaqlarımızın işğaldan azad olunduğunu və Vətən Müharibəsində çaldığımız zəfər nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyini vurğulayıb.

Sonra çıxış edən Türkiyənin Meksikadakı səfiri İlhan Kemal Tuğ Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ilk illərindən, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına önəm verdiyini və onun “Bir millət, iki dövlət” müdrik kəlamının bu gün hər iki xalq üçün örnək olduğunu bildirib. O, bu gün Azərbaycan və Türkiyənin təkcə öz ölkələri üçün deyil, bölgədə sülhə və əmin-amanlığa xidmət edən layihələr gerçəkləşdirdiyini, məsələlərdə hər zaman birlikdə hərəkət etdiyini və bu siyasətin əlaqələrimizin təməl prinsipi olduğunu qeyd edib.

Sonda çıxış edən deputat Alberto Viyya Viyeqas müasir Azərbaycanın inkişafı və əldə olunan nailiyyətlərdə Heydər Əliyevin müstəsna rolunu qeyd edib və Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən qəbul edilmiş bəyanatı rəsmi olaraq Azərbaycan tərəfinə təqdim edib.

Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib, Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun hazırladığı kitabça paylanıb.

Tədbirdən öncə Meksika Deputatlar Palatasında fəaliyyət göstərən ölkənin aparıcı KİV nümayəndələrinin iştirakı ilə Ulu Öndərin 100 illiyinə həsr olunan xüsusi iclasla bağlı keçirilib.

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…