Operativ Məlumat Mərkəzi

Mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb

1 dəq
Paylaş:
Mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb
Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat...

Bakıda və Abşeron yarımadasındayağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, havanın temperaturu gecə 17-22 isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq.Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər