Avropa İttifaqı (Aİ) liderləri Avropa Sülh Fondundan (APF) Kiyevə silah almaq üçün 6,6 milyard avro ayrılmasını müzakirə edəcəklər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "EUobserver" portalı məlumat yayıb.
Qeyd edilib ki, lakin Macarıstanın baş naziri Viktor Orban bu yardımın edilməsini təsdiqləməyəcək.
Məlumata görə, Avropa İttifaqı Budapeştə təzyiq göstərməyə çalışacaq, lakin ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərindən əvvəl yekdil qərar tələb edən bu məsələdə irəliləyiş gözləmək lazım deyil.
Portalın məlumatına görə, Aİ ölkələri Budapeştin Kiyevə yardımı əngəlləməkdə davam edəcəyi təqdirdə mümkün həll yolları hazırlamağa başlayıb.