Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufala müsahibəsində Rusiya və Ukrayna arasında münaqişənin həllinə kömək etməkdən çox şad olacağını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Biz ilk növbədə atəşkəsin bərqərar olmasını təmin etməliyik. Biz bu münaqişəni dayandırmalıyıq”, - deyə prezident bildirib.
O qeyd edib ki, Ukrayna münaqişəsinə son qoymaq məsələsi yalnız ABŞ prezidenti Donald Trampın administrasiyası sayəsində prioritet məsələyə çevrilib.