Əsas məzmuna keç

Liviyada 2,5 ton uran itib

Liviyada 2,5 ton uran itib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi təşkilata üzv dövlətlərə göndərdiyi məlumatda müfəttişlərin tərkibində uran filizi...

BMT-nin müfəttişləri bildiriblər ki, Liviyanın şərqində yerləşən bir ərazidə saxlanılan təxminən 2,5 ton təbii .

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadla xəbər verir ki, Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi təşkilata üzv dövlətlərə göndərdiyi məlumatda müfəttişlərin tərkibində uran filizi konsentratı olan 10 barabanın itdiyini qeyd edib. Onun bəyanatında vurğulanıb ki, "nüvə materialının yeri ilə bağlı məlumatların itirilməsi nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqla yanaşı, radioloji risk də yarada bilər".

BAEA-nın rəhbəri bəyan edib ki, hazırkı vəziyyət dərhal aradan qaldırılmalı və itmiş uranla bağlı təhqiqat aparılmalıdır. “Agentlik bununla əlaqədar beynəlxalq nüvə təhlükəsizliyi standartlarının və nüvə təhlükəsizliyi təlimatlarının həyata keçirilməsi üçün lazımi yardımı göstərməyə hazırdır”, -deyə R.Qrossi bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…