Əsas məzmuna keç

Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlar məsuliyyətə cəlb olunub

Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlar məsuliyyətə cəlb olunub

Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər inzibati məsuliyyətə cəlb olunublar. Bu barədə "Operativ Məlumat...

Lənkəranda yaşına çatmayanlara tütün məmulatları satan şəxslər inzibati məsuliyyətə cəlb olunublar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon ərazisində üç mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokollar tərtib olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…