Əsas məzmuna keç

Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb

Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb

Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin özünüməşğulluğuna dəstək işləri aparılır. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Əmək...

Böyük proqramı üzrə Laçın rayonuna sakinlərin özünüməşğulluğuna dəstək işləri aparılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Agentliyinin nümayəndələrinin Laçına köçürülən ailələrlə görüşləri zamanı onların proqramında iştirak imkanları da qiymətləndirilir.

Sakinlərdən ilkin mərhələdə artıq 35 nəfər özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıb. Həmin şəxslər üçün əvvəlcə biznes təlimləri təşkil ediləcək, iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə məlumatlar veriləcək.

Təlimlərdən sonra iştirakçıları proqram çərçivəsində kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik bizneslərini qurmaları üçün aktivlərlə təmin olunacaqlar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…