Əsas məzmuna keç

KXDR Koreya yarımadasında GPS siqnalını bloklayır

KXDR Koreya yarımadasında GPS siqnalını bloklayır

bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb. Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi bildirib ki, KXDR-in...

Koreya Xalq Respublikası (KXDR) Koreya yarımadası ərazisində GPS siqnalını bloklamağa başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Cənubi Koreyanın agentliyi məlumat yayıb.

Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Rəisləri Komitəsi bildirib ki, KXDR-in cənubundakı Kesonq və Hedju şəhərlərinə yaxın ərazilərdə siqnalın kəsilməsi qeydə alınıb. Bunun Cənubi Koreyanın bir neçə gəmisinin və onlarla mülki aviasiya təyyarəsinin hərəkətinin pozulmasına səbəb olduğu vurğulanıb.

Koreya Respublikasının hərbçiləri KXDR-i GPS siqnalının bloklamağı dərhal dayandırmağa , hər hansı nəticələrə görə məsuliyyətin Pxenyanın üzərinə düşəcəyi barədə xəbərdarlıq edib. KXDR tərəfinin bu bəyanatlarına hələlik münasibət bildirməyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…