Operativ Məlumat Mərkəzi

Kiyev İrana məxsus dronların hücumuna məruz qalıb

1 dəq
Paylaş:
Kiyev İrana məxsus dronların hücumuna məruz qalıb
bu barədə Kiyev Regional Hərbi Administrasiyası məlumat yayıb. Məlumata görə, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə...

Ukraynanın paytaxtı Kiyev İran istehsalı olan kamikadze dronlarının növbəti hücumuna məruz qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyası məlumat yayıb.

Məlumata görə, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.

Hava hücumundan müdafiə sistemlərinin düşmənin bütün hava hədəflərini məhv etdiyi bildirilib. Zərərsizləşdirilən dronların qalıqları paytaxtın bəzi rayonlarında yaşayış binalarına, şəxsi evlərə, avtomobillərə ziyan vurub.

Hələlik insan itkisi ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bu, mayın əvvəlindən bəri Rusiya ordusunun Kiyevə 11-ci hava hücumu olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər