Əsas məzmuna keç

Karlsenin finaldakı rəqibi məlum oldu

Karlsenin finaldakı rəqibi məlum oldu

Nakamuranın finaldakı rəqibi FIDE reytinqində birinci yerdə qərarlaşan norveçli Maqnus Karlsen olacaq. Keçmiş dünya çempionu digər yarımfinalda amerikalı...

Amerikalı şahmatçı Nakamura “Speed Chess 2023” sürətli turnirinin finalına yüksəlib. O, yarımfinalda fransalı Maksim Vaşye-Laqravı 16,5:11,5 hesabı ilə məğlub edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Nakamuranın finaldakı FIDE reytinqində birinci yerdə qərarlaşan norveçli Maqnus Karlsen olacaq. Keçmiş dünya çempionu digər yarımfinalda amerikalı Vesli Soya qalib gəlib (22:7).

Turnirin finalı sentyabrın 22-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Nakamura ardıcıl yeddinci dəfədir ki, finalda çıxış edəcək.

Xatırladaq ki, turnir sentyabrın 4-dən 22-dək chess.com platformasında onlayn keçirilir. Yarış iştirakçılarının orta reytinqi 2760,25-ə bərabərdir. Turnirin ümumi mükafat fondu 150 min dollardır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…