Rusiya ərazisində yerləşən Kamçatkada bir-birinin ardınca iki zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Təkanların hər biri 5 bal gücündə olub.
İlk zəlzələ Petropavlovsk-Kamçatskidən 223 kilometr aralıda, 52,7 kilometr dərinlikdə baş verib. Yalnız 22 dəqiqə sonra bölgədə yenidən yeraltı təkanlar hiss olunub. Bu dəfə zəlzələnin episentri şəhərdən 328 kilometr aralıda, 67,7 kilometr dərinlikdə qeydə alınıb.