Türkiyənin Kahramanmaraş bölgəsində 42 yaşlı Melike İmamoğlu 222 saatdan sonra dağıntılar altından xilas edilib.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 418 nəfərə çatıb. Bundan başqa, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.