Əsas məzmuna keç

İşxanyan: Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi

İşxanyan: Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi

“Daşnaksütyun” partiyasının fəal üzvlərindən biri olduğunu deyən D.İşxanyan suala cavabında deyib: “O dövr üçün mən deyə bilmərəm, çünki o dövrdə çox...

Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində şəxs David İşxanyan dövlət ittihamçısının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün məqsədi barədə sualını cavablandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Daşnaksütyun” partiyasının fəal üzvlərindən biri olduğunu deyən D.İşxanyan suala cavabında deyib: “O dövr üçün mən deyə bilmərəm, o dövrdə çox gənc idim. Amma yetkinləşdiyim dövrdə strateji məqsədlərin, strateji prinsiplərin nələr olduğunu artıq başa düşmüşdüm. Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə , müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 4-də davam etdiriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…