Operativ Məlumat Mərkəzi

"İsrailin Natanz və Fordo nüvə obyektlərinə endirdiyi zərbələr zamanı itki yoxdur"

1 dəq
Paylaş:
"İsrailin Natanz və Fordo nüvə obyektlərinə endirdiyi zərbələr zamanı itki yoxdur"
bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) sözçüsü Behruz Kamalvəndi bildirib. "Xoşbəxtlikdən, tələfat və dağıntılar barədə məlumatımız yoxdur....

İsrailin İranın Natanz və Fordo nüvə obyektlərinə endirdiyi zərbələr nəticəsində heç bir itki və dağıntı yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) sözçüsü Behruz Kamalvəndi bildirib.

"Xoşbəxtlikdən, tələfat və dağıntılar barədə məlumatımız yoxdur. Zərərlərin çoxu səthidir. Həm Natanz, həm də Fordo yerin dərinliklərindədir", - "Tasnim" xəbər agentliyi onun sözlərini sitat gətirir.

"Mən Fordoda idim və həmkarlarımla danışdım. Orada heç bir insident baş verməyib", - deyə o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər