İsrailin Baş naziri Benyamin Netanyahu ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin Kan dövlət radiosu məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, söhbət 50 dəqiqə davam edib.
Kremlin mətbuat xidməti hələlik belə bir söhbət barədə məlumat verməyib.