Əsas məzmuna keç

İsrail səfiri: Biz HƏMAS təhlükəsini aradan qaldıracağıq

İsrail səfiri: Biz HƏMAS təhlükəsini aradan qaldıracağıq

bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik son hadisələrlə bağlı mətbuata açıqlamasında bildirib. “HƏMAS terrorçuları qadınlarımızı və...

"Oktyabrın 7-si Holokostdan sonra yəhudi tarixində ən qara gün kimi yadda qalacaq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı Corc Dik son hadisələrlə bağlı mətbuata açıqlamasında bildirib.

terrorçuları qadınlarımızı və kişilərimizi, oğullarımızı və qızlarımızı öldürmək, zorlamaq və qaçırmaq üçün İsrailin cənubundakı şəhərlərimizi zəbt edərək raket atdığı zaman bir müharibə başladı.

700-dən çox israilli ölüb, 100-dən çox adam qaçırılıb və 2000-dən çox insan yaralanıb.

Hücum vaxtı sürpriz olsa da, qəddarlıq sürpriz deyildi.

HƏMAS bir soyqırımı təşkilatıdır, onun liderləri açıq şəkildə bütün yəhudilərin öldürülməsindən danışır.

Bu, onların nizamnaməsində yazılıb.

Nifrət mədəniyyəti bu barbarlığın səbəbidir.

Bu gün baş verənlər İsraildə görünməmiş bir hadisədir və biz bunun bir daha baş verməyəcəyinə əmin olacağıq”, - diplomat əlavə edib.

Onun sözlərinə görə, İsrail ordusu HƏMAS-ın imkanlarını məhv etmək üçün dərhal bütün gücünü işə salacaq: “Biz HƏMAS təhlükəsini aradan . Bu müharibədir. Təəssüf ki, bu, İsrail tarixində faciədən qalxmalı olduğumuz ilk müharibə olmayacaq.

də hücuma məruz qalırdıq, sayca az idik, qəfil yaxalanırdıq. Biz Yom Kippur müharibəsinin 50 illiyini qeyd etdik, o müharibənin ki, Ərəb dünyasının orduları İsraili işğal etmək istəyirdi. Sonda İsrail ordusu Qahirə və Dəməşqin qapılarında idi. Bu dəfə də Yaxın Şərq reallığını dəyişəcəyik”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…