Əsas məzmuna keç

İslamşünaslıq ixtisasına qəbul üzrə müsabiqənin vaxtı açıqlanıb

İslamşünaslıq ixtisasına qəbul üzrə müsabiqənin vaxtı açıqlanıb

İslamşünaslıq ixtisasına qəbul üzrə müsabiqənin vaxtı açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən müsahibədə iştirak etmək üçün 20 iyul - 24 iyul tarixlərində verilən link (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) vasitəsilə Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçməlidirlər.

İslamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.

Müsahibədən uğurla keçən abituriyentlər seçimi zamanı III ixtisas qrupuna aid digər ixtisaslarla yanaşı, İlahiyyat İnstitutunun islamşü­nas­lıq ixtisasını da seçə bilərlər.

DPK-nın tərkibinə sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…