Əsas məzmuna keç

"Azərbaycanla İran arasında səfirliyin bərpası fonunda münasibətlərin yenidən qurulması gözlənilən idi" - AÇIQLAMA

"Azərbaycanla İran arasında səfirliyin bərpası fonunda münasibətlərin yenidən qurulması gözlənilən idi" - AÇIQLAMA

bu sözləri açıqlamasında politoloq Tural İsmayılov bildirib. "Eyni zamanda müxtəlif ekspert camialarında İran prezidenti Məsud Pezeşkianın seçilməsindən...

İranla arasındakı münasibətlərdə artıq kifayət qədər tendensiyalar müşahidə edilir. Ən azından son dövrlər hər iki tərəfdən müsbət açıqlamaların verildiyini müşahidə edirik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri açıqlamasında Tural İsmayılov bildirib.

"Eyni zamanda müxtəlif ekspert camialarında İran prezidenti Məsud Pezeşkianın seçilməsindən sonra da son aylarda müşahidə edilən Azərbaycan-İran münasibətlərindəki pozitiv məcranın davam edəcəyi vurğulanırdı. Hər halda Azərbaycan səfirliyinin yenidən İranda fəaliyyətə başlaması, həmçinin İranla Azərbaycan arasındakı Azərbaycanın səbəb olmadığı soyuq münasibətlərin aradan qalxması üçün artıq yeni imkanlar formalaşıb. Biz bunu çox açıq şəkildə müşahidə edirik. Bu tendensiyada iki ölkə münasibətlərində yeniliklərin yaranmağına səbəb olur".

Politoloq qeyd edib ki, əvvəl-axır Azərbaycanla İran arasında səfirliyin bərpası fonunda münasibətlərin yenidən qurulması idi.

"Baxmayaraq ki, bu gün İranın bəlli siyasi dairələri Azərbaycana qarşı münasibətdə səmimi mövqelər ortaya qoymur. Məsələn, İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin açıqlamaları Azərbaycan əleyhinədir. İranın ayrı-ayrı hökumət qurumları müəyyən məmurlar var ki, onlar Azərbaycan və Türkiyə əleyhinə İran mediasındakı ritorikalarını dayandırmırlar. Amma diplomatik anlamda dövlətlərarası münasibətlərdə bir yaxşılaşma tendensiyası sezilir".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…