Əsas məzmuna keç

İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı persona-non-grata elan edilib

İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı persona-non-grata elan edilib

6 aprel 2023-cü il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan...

6 aprel 2023-cü il tarixində İran İslam Respublikasının Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran Səfirliyinin 4 əməkdaşının statusa uyğun olmayan və Diplomatik haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…