Əsas məzmuna keç

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb - FOTO - 03.04.2025

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb - FOTO - 03.04.2025

bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop...

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd axtarışı və tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmış, 1 nəfər saxlanılmışdır.

Belə ki, mart ayının 18-də 6 670 qram marixuananı ölkə ərazisinə keçirən Bakı şəhər sakini - 1995-ci il təvəllüdlü Vahidov Fuad Əlimədət oğlu saxlanılmış, mart ayının 25-də keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində isə 10 kiloqram 600 qram narkotik vasitə marixuana aşkarlanaraq xidməti ərazidən götürülmüşdür.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…