İranın bəzi əyalətlərində qum fırtınası və havanın çirklənməsi səbəbindən bütün səviyyələrdə dövlət idarələri, banklar və təhsil müəssisələri bağlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Qum fırtınaları və havanın çirklənməsi ölkənin cənub-qərb hissəsindəki bəzi əyalətlərdə həyata mənfi təsir edib.
Havada tozun çox olması və bunun nəticəsində havanın çirklənməsi səbəbindən mərkəzi və atom elektrik stansiyalarının yerləşdiyi Lorestan, Kirmanşah, Kohgiluye-Buyer Əhməd və Buşehr əyalətlərində bütün səviyyələrdə rəsmi ofislər, banklar və təhsil müəssisələri bağlanıb.
Sözügedən əyalətlərdə təhsilin onlayn davam edəcəyi və təcili yardım xidmətlərinin işlərinə davam edəcəyi açıqlanıb.