Əsas məzmuna keç

İngiltərə aclıq böhranı ilə üz-üzədir

İngiltərə aclıq böhranı ilə üz-üzədir

bununla bağlı xarici KİV məlumat yayıb. “Trussell” qida bank şəbəkəsinin hazırladığı hesabata görə, 14 milyondan çox insan əsas qida məhsullarına çata...

İngiltərədə getdikcə dərinləşir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“Trussell” qida bank şəbəkəsinin hazırladığı hesabata görə, 14 milyondan çox insan əsas qida məhsullarına çata bilmir, bunu biləcək maddi imkana sahib deyillər.

Bu insanlar arasında 3,8 milyon uşaq da var. Bu da ölkədə hər dörd uşaqdan birinin aclıqla üz-üzə olduğunu göstərir.

Hesabatda qeyd olunub ki, 2022-ci ildə 11,6 milyon olan aclıq yaşayan insanların sayı iki il ərzində 2,5 milyon nəfər artıb.

Mütəxəssislər aşağı gəlir, qeyri-kafi yardım, artan kirayə və enerji qiymətlərini böhranın əsas səbəbləri kimi göstərirlər.

Məlumatlara görə, beş yaşa qədər olan uşaqların 31%-i aclıq riski olan ailələrdə yaşayır.

Qida bankından istifadə edən ailələrin təxminən üçdə biri işləyən ailələrdir. Bu isə göstərir ki, artıq maaşlı iş yoxsulluqdan qoruma təmin etmir.

Xüsusi ev kirayəçilərinin 28%-i, sosial ev kirayəçilərinin isə 44%-i ərzaq təhlükəsizliyi problemi yaşayır. Ev sahiblərində isə bu göstərici 8%-ə qədər enir.

İngiltərənin Əmək və Pensiyalar Nazirliyinin verdiyi açıqlamada isə bildirilib: “Qida banklarından asılılığın qəbuledilməz dərəcədə artmasının qarşısını almaqda qərarlıyıq. Kasıb uşaqların aclıq çəkməməsi üçün 1 milyard funt sterlinqlik dəstək paketi ilə məktəblərdə pulsuz yeməklər və tətil dövrlərində qida yardımı təmin edirik.”

Nazirlik həmçinin iş mərkəzlərində islahatlar və sosial yardım sistemində dəyişikliklərlə insanları “təhlükəsiz işlərə yönəltməyi” hədəflədiklərini bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…