Əsas məzmuna keç

İlham Əliyev: "Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir"

İlham Əliyev: "Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir"

bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Misir Ərəb Respublikasının...

"BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Şurasının genişləndirilməlidir"

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatlarla çıxış edən zaman deyib.

"Bir daimi yer mütləq İslam Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir", - vurğulayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…