Əsas məzmuna keç

İlham Əliyev Paraqvay səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Paraqvay səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Səfir Seferino Valdez Peralta Paraqvay Prezidenti Santyaqo...

İlham Əliyev fevralın 13-də Paraqvayın ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valdez Peraltanın etimadnaməsini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

İlham Əliyev səfirlə söhbət edib.

Səfir Seferino Valdez Peralta Prezidenti Santyaqo Penyanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Paraqvayın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə ilə Paraqvay arasında parlamentlərarası, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunub, Paraqvay parlamentində Azərbaycanla dostluq qrupunun tezliklə ölkəyə səfər edəcəyi bildirilib, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahəsində əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb. Bildirilib ki, Paraqvay region ölkələrinə öz ixracının artırılması üçün Azərbaycanı logistik mərkəz kimi görür.

Söhbət zamanı SOCAR ilə Paraqvayın neft şirkəti arasında təmasların olduğu qeyd edilib, iki ölkənin biznes dairələrinin əlaqələrinin yaradılması məsələsi vurğulanıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Paraqvayın ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…