Əsas məzmuna keç

"İdman TV" "Qarabağ"a cavab verib

"İdman TV" "Qarabağ"a cavab verib

kanal "Qarabağ" FK-nın iddialarını qəbuledilməz adlandırıb. "Hörmətli futbol azarkeşləri, "Qarabağ" - "Olimpiya" komandalarının Avropa Liqasının pley-off...

“İdman TV” “”ın Sloveniyada yerli “Olimpiya”ya qarşı keçirdiyi UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun yayımlanmaması ilə bağlı növbəti iddialara cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, kanal "Qarabağ" FK-nın iddialarını qəbuledilməz adlandırıb.

"Hörmətli futbol azarkeşləri, "Qarabağ" - "Olimpiya" komandalarının Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşünün "İdman" TV ilə göstərilməməsi ilə bağlı narahatlığınızı və iradlarınızı başa düşür və istəyirik. Lakin istərdik ki, məsələnin və problemin mahiyyətini tamaşaçılar düzgün bilsin. Yaranmış problem çox təəssüflər olsun ki, hətta "Qarabağ" FK tərəfindən "İdman" TV-nin problemi kimi təqdim edilir. Həqiqətdə isə problem həm də məhz klub rəsmilərinin məsələsinə biganə yanaşması, rəqib komandalarla oyunun göstərilməsi ilə bağlı danışıqlarda "İdman" TV ilə əməkdaşlığı düzgün qurmamasıdır. Biz "İdman" TV olaraq "Qarabağ" FK-nın görüşəcəyi komandaları yayımlayacaq kanallarla ən azı 1 həftə əvvəldən danışıqlar aparır, texniki məsələləri dəqiqləşdiririk. Lakin, son anda siqnal alacağımız şirkət ya təmiz görüntü ötürmür, ya da gecikdirir. Problemi "Qarabağ" FK-ya çatdıranda isə qarşı tərəfdən hər hansı cavab almaq mümkün olmur. Yəni yalnız oyun deyil, yayım məsələsi də komanda işidir və burda ilk növbədə azarkeşi düşünərək kollektiv iş ortaya qoymaq lazımdır. "Qarabağ" FK-nın birmənalı olaraq "İdman" TV-ni ittiham etməsi isə həm anlaşılmaz, həm də qəribədir. Hər halda "İdman" TV olaraq biz də "Qarabağ" FK ilə münasibətlərə yenidən baxacaq və ikitərəfli əməkdaşlıqda məsuliyyətli yanaşma olacağı halda oyunların yayımını öz üzərimizə götürəcəyik", - deyə kanalın yaydığı məlumatda qeyd olunub.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…