Operativ Məlumat Mərkəzi

Husilər: "ABŞ və İngiltərə Yəmənə hücum edib"

1 dəq
Paylaş:
Husilər: "ABŞ və İngiltərə Yəmənə hücum edib"

Yəməndəki husilər ölkənin Səudiyyə Ərəbistanı ilə sərhədində yerləşən Həccə şəhərinin ABŞ və İngiltərə təyyarələrinin hücumuna məruz qaldığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Husilərə məxsus Əl-Masirah televiziyası məlumat yayıb.

Məlumata əsasən ABŞ və Böyük Britaniya təyyarələri Həccə şəhərinin Abes rayonunun əl-Cerr bölgəsinə 4 hücum həyata keçirib. Xəbərdə daha sonra döyüş təyyarələrinin eyni bölgədə daha 3 hücum təşkil etdiyi və bununla da hücumların sayının 7-yə yüksəldiyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər