Operativ Məlumat Mərkəzi

Hindistan XİN başçısı: Ölkədə keçiriləcək parlament seçkiləri dünya tarixində ən böyük seçki olacaq

1 dəq
Paylaş:
Hindistan XİN başçısı: Ölkədə keçiriləcək parlament seçkiləri dünya tarixində ən böyük seçki olacaq

Hindistanda aprel-iyun aylarında keçiriləcək parlament seçkiləri dünya tarixində ən böyük səsvermə olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu üçüncü "Demokratiya Sammiti" ilə bağlı videomüraciətində çıxış edən Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar deyib.

“968 milyon seçici, 15 milyon seçki məmuru qeydə alınıb və 1,2 milyon səsvermə kabinəsi quraşdırılıb. Beləliklə, Hindistanda qarşıdan gələn 18-ci ümumi seçkilər planetin indiyədək gördüyü ən böyük seçki olacaq”, - o vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər