Operativ Məlumat Mərkəzi

Hindistan Kəşmir məsələsində beynəlxalq vasitəçiliyi rədd edib

1 dəq
Paylaş:
Hindistan Kəşmir məsələsində beynəlxalq vasitəçiliyi rədd edib

"Kəşmir mübahisəsi Hindistan və Pakistan arasında ikitərəfli məsələdir, Yeni Dehli bu məsələdə hər hansı xarici vasitəçiliyi rədd edir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Hindistanın Sinqapurdakı ali komissarı Şilpak Ambule "Bloomberg"ə müsahibəsində deyib.

"Bizim üçün Kəşmir beynəlxalq məsələ deyil, ikitərəfli məsələdir. Bizim üçün "vasitəçilik" sözü Kəşmir məsələsində işləmir", - o deyib.

Ambule həmçinin qeyd edib ki, atəşkəs Hindistan və Pakistan orduları arasında birbaşa danışıqlar nəticəsində əldə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər