Əsas məzmuna keç

Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb - 19.03.2025

Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb - 19.03.2025

Cari ilin hazırlıq planına uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan...

Cari ilin hazırlıq planına uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə üzrə Dövlət ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi toplanışı başa çatıb.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, toplanışın başa çatması münasibətilə keçirilən bağlanış mərasimində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə çıxış edənlər bildiriblər ki, təlim toplanışı zamanı hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə onlarla müxtəlif ixtisaslar üzrə nəzəri və praktiki məşğələlər keçirilib. Plana əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəliyə ordumuzun arsenalında olan müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, həmçinin düzgün istifadə qaydaları və döyüş tətbiqi üsulları öyrədilib. Həmçinin onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

Təlim toplanışında qarşıya qoyulmuş məqsədlərə nail olunduğu xüsusi qeyd edilib.

Sonda təlim toplanışında fərqlənən bir qrup hərbi vəzifəli təltif olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…