Əsas məzmuna keç

Hasan Arat: "Hər kəs Bakıdakı Avropa Oyunlarını nümunə göstərir"

Hasan Arat: "Hər kəs Bakıdakı Avropa Oyunlarını nümunə göstərir"

bunu Avropa Oyunları Koordinasiya Komitəsinin sədri, Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin üzvü Hasan Arat jurnalistlərə açıqlamasında...

"Hər kəs Bakıdakı Avropa Oyunlarını nümunə göstərir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Avropa Oyunları Koordinasiya Komitəsinin sədri, Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin üzvü Hasan Arat jurnalistlərə açıqlamasında deyib.

Funksioner yarışın ilk dəfə 2015-ci ildə məhz Azərbaycanda keçirildiyini xatırladıb: "Ölkəniz Avropaya önəmli mesajlar verib. 10 gün sonra Polşada III Avropa Oyunları təşkil olunacaq. Bu turnirlərin davamlı olmasını istəyirik. 2015-ci ildən sonra Azərbaycandakı bütün yarışlar mükəmməl səviyyədə gerçəkləşib. bizim qürurumuzdur və mənim məmləkətimdir. Bura türklərin ana yurdudur. Biz tək millətik. Azərbaycanın uğuru məni çox qürurlandırır. Burada olmaq bizim üçün xoşdur".

Hasan Arat Azərbaycanın hər zaman ölkəsinə dəstək olduğunu da söyləyib: "Türkiyədə keçirilib. İlham Əliyev və xanımı Türkiyəyə gəlmişdilər. Hər zaman yanımızda oldular. Zəlzələdən sonra da azərbaycanlı qardaşlarımız bizə dəstəyini əsirgəmədilər. Hər şeydən əvvəl ölkəm adına başda İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına təşəkkür edirəm. Sizi hər zaman yanımızda hiss etdik. Bu, bizə böyük güc verdi".

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…