Operativ Məlumat Mərkəzi

Gürcüstanın baş naziri xarici agentlər haqqında qanunu müzakirə etməyə hazır olduğunu açıqlayıb

1 dəq
Paylaş:
Gürcüstanın baş naziri xarici agentlər haqqında qanunu müzakirə etməyə hazır olduğunu açıqlayıb
onun sözlərini RİA Novosti sitat gətirib. “Biz şəffaflıq qanununu müzakirə etdik və müzakirəyə açıq olduğumuzu qeyd etdik”,- deyə o bildirib. O, digər...

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkə hakimiyyəti Avropa Şurası ilə əməkdaşlığa və xarici agentlər haqqında qanunu müzakirə etməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirib.

“Biz şəffaflıq qanununu müzakirə etdik və müzakirəyə açıq olduğumuzu qeyd etdik”,- deyə o bildirib.

O, digər məsələlərlə yanaşı qeyd edib ki, Tbilisi bu məsələni Avropa Şurasının strukturları ilə müzakirə etməyə hazırdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər