Gürcüstanda Rusiyayla birbaşa uçuşların bərpa olunmasına qarşı keçirilən etiraz aksiyaları davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Tiflisdə növbəti dəfə parlament binası qarşısına toplaşan etirazçılar birbaşa uçuşların həyata keçirilməsinə dair icazənin ləğvini tələb ediblər.
Fəallar aviareyslərin bərpa olunmasını Gürcüstanın Avropa İttifaqına qoşulmaq arzusuna qarşı Rusiya tərəfindən törədilmiş təxribat adlandırıblar. Gürcüstan hökuməti öz növbəsində aviareyslərin bərpa olunmasını alqışladıqlarını bildirib. Avropa İttifaqı isə hadisələrin son inkişafına görə təəssüfünü ifadə edib.
Rusiya rəhbərliyi 2019-cu ildə Tiflisdə anti-Rusiya etirazları başladığı üçün bu ölkəyə birbaşa uçuşları dayandırmışdı.
Qeyd edək ki, Gürcüstan bu ilin sonunda Brüsselin onun ittifaqa namizədliyini təsdiqləyəcəyinə ümid edir.
Gürcüstanda etirazlar davam edir - 20.05.2023
Oxşar xəbərlər
Region xəbərləri
Zaxarovadan Starmerə sərt sözlər: "Öz xalqına yox, Kiyevə hesabat verdi"
Region xəbərləri
Putin bu gün beynəlxalq telefon danışığı aparacaq – Kremldən açıqlama
Region xəbərləri
İrandan ABŞ-yə sərt mesaj: "Müharibə və sülh qərarını siz verməyəcəksiniz"
Region xəbərləri
İran ABŞ-ni Beynəlxalq Cinayət Məhkəməsini tənqid etdiyinə görə qınayıb
Eyni mövzuda
Daha çox: Region xəbərləri
Region xəbərləri
İran Ukraynaya xəbərdarlıq etdi: Xəzər dənizindəki hücuma cavab veriləcək
Region xəbərləri
Əraqçi: Ukraynanın Xəzər dənizində gəmiyə hücumu cavabsız qalmayacaq
Region xəbərləri
Gürcüstan DTX elektrik enerjisi kəsintisi ilə bağlı araşdırmaya başlayıb
Region xəbərləri