Əsas məzmuna keç

Gürcüstanda bu ay ikinci böyük elektrik kəsilməsi qeydə alınıb

Gürcüstanda bu ay ikinci böyük elektrik kəsilməsi qeydə alınıb

Tiflis və ölkənin bir sıra digər regionlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb. Qəzanın səbəbləri hələlik açıqlanmayıb. Paytaxtda...

Aprelin 19-da “Kavkasioni” ötürmə xəttində baş qəza nəticəsində Gürcüstanda elektrik enerjisinin şəkildə kəsilməsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-ə istinadən xəbər verir ki, Tiflis və ölkənin bir sıra digər regionlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb. Qəzanın səbəbləri hələlik açıqlanmayıb.

Paytaxtda elektrik enerjisinin kəsilməsi səbəbindən metronun birinci xəttində qatarların fəaliyyəti dayandırılıb.

Gürcüstanın enerji operatorunun bildirdiyinə görə, elektrik enerjisinin verilişi tədricən olunur. Tiflisin bir çox ərazilərində elektrik enerjisinin verilişi artıq bərpa olunub.

Bu, apreldə ölkədə baş vermiş artıq ikinci genişmiqyaslı elektrik kəsintisidir. Birinci hal aprelin 9-na keçən gecə baş vermişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…