Operativ Məlumat Mərkəzi

Fransa Yaxın Şərqdəki gərginlik fonunda təhlükəsizlik tədbirlərini gücləndirəcək

1 dəq
Paylaş:
Fransa Yaxın Şərqdəki gərginlik fonunda təhlükəsizlik tədbirlərini gücləndirəcək
bu barədə Fransa prezidenti Emmanuel Makron mətbuat konfransında bildirib "Bu gün səhər mən Təhlükəsizlik və Milli Müdafiə Şurasının iclasını keçirdim....

Fransa Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda hərbi və diplomatik obyektlərini qorumaq üçün öz ərazisində və xaricdə təhlükəsizlik tədbirlərini gücləndirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron mətbuat konfransında bildirib

"Bu gün səhər mən Təhlükəsizlik və Milli Müdafiə Şurasının iclasını keçirdim. Ölkə ərazisindəki bütün potensial təhlükələrə qarşı mübarizə aparmaq üçün Sentinelle sistemimizi gücləndirmək qərarına gəldik. Həmçinin vətəndaşlarımızın, qoşunlarımızın və Yaxın Şərq bölgəsindəki səfirliklərimizin təhlükəsizliyini təmin etmək üçün bir sıra tədbirlər görüldü".

O qeyd edib ki, İran keçmişdə xarici torpaqlarda “qisas hərəkətləri” həyata keçirmək qabiliyyətini nümayiş etdirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər