BMT-nin Livandakı Müvəqqəti Sülh Qüvvələrinə (UNIFIL) bağlı fransız sülhməramlılarının İsrailin təhlükəsizliyinə təhdid hesab etdiyi Cənubi Livanın strateji nöqtələrinə yerləşdiriləcəyi gözlənilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əl-Əxbar qəzeti Beyrutdakı hökumət mənbələrinə əsasən məlumat yayıb.
Məlumata görə, Paris bu təşəbbüsü Livan fevralın 18-də başa çatacaq atəşkəs sazişi çərçivəsində bəzi sərhəd bölgələrində İsrail hərbçilərinin mövcudluğunu uzatmaqdan imtina etdikdən sonra gündəmə gətirib.