ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərindəki Fairmount Parkda atışma baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Baş verən atışmada 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Filadelfiya polisi yerli vaxtla saat 22:27-də Fairmount Parkı yaxınlığında atışma baş verdiyini açıqlayıb.
Hücumda 2 nəfər həyatını itirib, polis ikisi 15 və 17 yaşlı gənc olmaqla 9 yaralının sağlamlıq vəziyyətinin stabil olduğunu bildirib.
Polis hadisə ilə bağlı araşdırmaların davam etdiyini qeyd edib.