Əsas məzmuna keç

FİFA-dan İsrail və Fələstinə çağırış

FİFA-dan İsrail və Fələstinə çağırış

məktubda yazılıb: “FİFA və bütün beynəlxalq futbol ictimaiyyəti adından son günlərdə baş vermiş dəhşətli zorakılıqlarla bağlı İsrail Futbol...

FİFA prezidenti Canni İnfantino İsrail Federasiyasının rəhbəri Zuaretsə məktub göndərərək, Fələstin-İsrail münaqişəsində tərəfləri əməliyyatları dayandırmağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda yazılıb:

“FİFA və bütün futbol ictimaiyyəti adından son günlərdə baş vermiş dəhşətli zorakılıqlarla bağlı İsrail Futbol Federasiyasına və Fələstin Futbol Assosiasiyasına dərin hüznlə başsağlığı vermək istərdim. İnsanlarının çox uzun müddət bu qədər dərin iztirablara tab gətirdiyi bir bölgəni daha çox əzab-əziyyətə düçar etmək ağrıdıcı olduğu qədər də sarsıdıcıdır. Futbol dünyası İsrail və Fələstin xalqları ilə və misilsiz bədəl ödəmiş bütün günahsız qurbanlarla möhkəm həmrəydir. FİFA hərbi əməliyyatların dərhal dayandırılması və İsrail və Fələstin xalqlarının əzablarının yüngülləşdirilməsi çağırışına qoşulur".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…