Əsas məzmuna keç

FHN qanunsuz tikintilərin qarşısını alıb

FHN qanunsuz tikintilərin qarşısını alıb

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Ağstafa və Gəncədə qanunsuz tikintilərin qarşısı alınıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən...

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Ağstafa və Gəncədə qanunsuz tikintilərin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, FHN-nin Dövlət Yanğın Nəzarəti və Tikintidə Təhlükəsizliyə Dövlət Agentliyi tərəfindən ərazisində qanunsuz tikintilərlə bağlı tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, Ağstafa şəhərinin Səməd Vurğun küçəsində, Gəncə şəhərinin Cümhuriyyət küçəsi və N.Nərimanov prospektində qeyri-yaşayış obyektlərinin qurumlarla razılaşdırılmadan qanunsuz tikintisi faktları aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər nəzarətə götürülüb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…