Əsas məzmuna keç

FHN Novruz çərşənbələri ilə bağlı əhaliyə müraciət edib

FHN Novruz çərşənbələri ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib. Bu barədə "Operativ Məlumat...

Fövqəladə Hallar Nazirliyi (FHN) çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, qarşıdan gələn və xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz ilə əlaqədar çərşənbə axşamlarında bir sıra mərasimlərin təşkili, o cümlədən qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması acı fəsadlara yol açır:

"Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına çağırır. Bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan nəzarətsiz qalmamalıdır".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…