Əsas məzmuna keç

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

təlimin keçirilməsində məqsəd Regional Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal...

Fövqəladə Hallar Nazirliyinin Mərkəzi “Sutkanın vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində məqsəd Regional Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.

Təlim zamanı xilasedicilər “fövqəladə hal zonası”nın işıqlandırılmasını təşkil , xüsusi alət və avadanlıqlar vasitəsilə “dağıntılar altında köməksiz vəziyyətdə qalmış zərərçəkmişləri xilas edərək aidiyyəti üzrə təhvil veriblər”.

Uğurla icra edilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…