Əsas məzmuna keç

FHN əməkdaşları bağlı qapı arxasında qalan vətəndaşları xilas ediblər

FHN əməkdaşları bağlı qapı arxasında qalan vətəndaşları xilas ediblər

Fövqəladə Hallar Nazirliyinin “112" telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Ş.M. Xiyabani küçəsində vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri üzrə cəlb olunub.

Xilasedicilər ləvazimatlarının köməyi ilə onyeddimərtəbəli binasının səkkizinci mərtəbəsində mənzilə eyvandan daxil olaraq 2013-cü il təvəllüdlü yeniyetməni yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.

Bundan əlavə, daxil olmuş məlumat əsasında Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən alpinist ləvazimatlarının köməyi ilə Nəsimi rayonu, Nizami küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə köməksiz vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü vətəndaşa müvafiq köməklik göstərilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…